Zaur Kərimli – Necədir Halın Lyrics

Necədir Halın Lyrics

Zaur Kərimli
1
Gözlər yumulan an gəlirsən yadıma
Hər qəmli mahnıların tərkibində varsan
Geriyə dönmə, bir az gecdir, gecdir danışma
Gecdir səbəbkar axtarmaq, gecdir anlamaq

Keçid
Gün batır yenə mən tək çəkildim kənara
Ətrini unutdurmur heç bir tütün, siqara
Geriyə dönmə, bir az gecdir, gecdir, danışma
Gecdir bilirəm aramaq, gecdir anlamaq

Necədir halın?
Çoxmu darıxdın?
Silə bilmərəm mən səni yaddaşımdan, gülüm
Özümlə savaşdım

Necədir halın?
Çoxmu ağladın?
Silə bildinmi sən məni yaddaşından, gülüm?
Yoxsa barışdın?

2
Qəlbim qırıldı, sağalmır yaralar
Haradasan, başımın bəlası?
Yaz ki, yaxşısan
Yaz ki, unutmusan
Yaz ki, axtarma daha
Bir işarə ver ki, sağmısanmı həyatda?

Keçid
Gün batır yenə mən tək çəkildim kənara
Ətrini unutdurmur heç bir tütün, siqara
Geriyə dönmə, bir az gecdir, gecdir, danışma
Gecdir bilirəm aramaq, gecdir anlamaq (Gecdir)

Necədir halın?
Çoxmu darıxdın?
Silə bilmərəm mən səni yaddaşımdan, gülüm
Özümlə savaşdım

Necədir halın?
Çoxmu ağladın?
Silə bildinmi sən məni yaddaşından, gülüm?
Yoxsa barışdın?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Pop New Lyrics

Recent Comments